FAQ

Tez-tez Verilən Suallar və Cavablar

Bu bölmədə vacib məlumatlar toplanmış və müştərilərimizin ən çox verdiyi suallara cavablar təqdim edilmişdir.

Şirkətimiz əsasən audit xidmətləri olmaqla yanaşı, mühasibat uçotu, vergi, kadr uçotu və biznes konsaltinq sahələrində kompleks həllər təqdim edir. Fəaliyyətimizi və müştəri qəbullarını Bakı şəhərində yerləşən əlverişli və rahat ofisimizdə AP Plaza həyata keçiririk.

Bizim əsas üstünlüklərimizdən biri komandamızda kadr axınının olmamasıdır ki, bu da məlumatların məxfiliyinə və etibarlı əməkdaşlığa tam zəmanət verir. Həmçinin, şirkət rəhbərimizin 2008-ci ildən etibarən bu sahədə topladığı geniş praktiki təcrübə xidmətlərimizin yüksək keyfiyyətlə təqdim olunmasına əsaslı zəmin yaradır.

Əgər müəssisənizdə peşəkar mühasib resursu yoxdursa, artan əməliyyat həcmi əlavə yük yaradırsa və maliyyə riskləri düzgün idarə olunmursa, bu xidmətə mütləq ehtiyac var. Kənar mühasibat xidmətlərinin cəlb olunması sizi gələcəkdə yarana biləcək səhvlərdən və maliyyə sanksiyaları riskindən qoruyur.

Xidmət haqqı biznesinizin fərdi ehtiyaclarına uyğun olaraq bir neçə amilə əsasən hesablanır. Bunlara işin həcmi və sənəd dövriyyəsi, əməliyyatların mürəkkəblik dərəcəsi, həmçinin xidmətin daimi və ya birdəfəlik olması daxildir.

Audit prosesi vasitəsilə maliyyə məlumatlarınız dərindən təhlil olunur, mövcud risklər müəyyən edilir və fəaliyyətinizin qanunvericiliyə uyğunluğu qiymətləndirilir. Nəticədə, siz maliyyə məlumatlarınızın dəqiqliyinə tam əmin olur və gələcək biznes qərarlarınızı daha əsaslı şəkildə verə bilirsiniz.

Bəli, biz müştərilərimizə qanunvericiliyə tam uyğun fəaliyyət göstərilməsi üçün fasiləsiz dəstək veririk. Xidmətlərimizə vergi risklərinin təhlil edilməsi və bilavasitə vergi yoxlamaları zamanı peşəkar dəstəyin göstərilməsi daxildir.

Kadr proseslərini bizə həvalə etdikdə siz bu prosesləri tam nəzarət altında saxlamaqla yanaşı, öz qızıl vaxtınıza qənaət etmiş olursunuz. Bu yanaşma əmək qanunvericiliyindəki dəyişiklikləri daim izləməyimiz sayəsində mümkün hüquqi və maliyyə risklərinin, o cümlədən hüquqi uyğunsuzluq risklərinin qarşısını alır.

Fəaliyyətimiz yalnız audit və uçot xidmətləri ilə məhdudlaşmır; biz maliyyə, idarəetmə və risk sahələrində etibarlı tərəfdaş kimi çıxış edirik. Mövcud vəziyyəti qiymətləndirməklə yanaşı, investisiya qərarları, biznesin qiymətləndirilməsi və maliyyə dayanıqlığının artırılması üzrə dəstək göstərərək inkişafınıza real töhfə verən praktik həllər təqdim edirik.

Bizimə Əlaqə

Hər Hansısa Sualınız Var ?
Sadəcə Formu Doldurun Biz Sizə Ən Qısa Zamanda Geri Dönüş Edəcəyik

PROVICE MMC

Müraciət Form-u

Отсканируйте код